Daha bir qazi ailəsi ilə bağlı dəstək işləri aparılır – FOTObackend

Vətən müharibəsində yaralanmış Zərdab rayon sakini  Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik  təyin olunacaq, hər ay  təqaüd və müavinətlə təmin ediləcək. Ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları qazinin ailəsində olarkən məlumat veriblər.
Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.
Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.
Romanın özü müddətdən artıq hərbi xidmət  edən hərbi qulluqçudur.  Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.
Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.