Daha bir Qazi intihar etdi – atası yerini qardakı izlərlə tapıbbackend

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

“Yeni Gündəm” yeniavaz-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

E.Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış: “Bu gün Yardımlıda, evindən çıxıb, yaxınlıqdakı meşədə özünü asmış qazi qardaşımız, Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Fəridi…atası Tofiq kişi qardakı izi ilə gedib tapıb…

Yenicə ailə qurmuşdu, heç bir ay olmaz… Döyüşlərin od-alovundan sağ-salamat qayıdanda el-oba pişvazına çıxmış, qəhrəmanını qarşılamış, atası qurban kəsmişdi… Niyəsini deyə bilmərik. Amma gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış. Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı. Allah rəhmət etsin, ata-anasına, ailəsinə səbir diləyirəm…”

“Qalib ordunun əsgər və zabitlərini qoruyaq, onlara cəmiyyət olaraq diqqətimizi bir an belə, əsirgəməyək…”, – deyə jurnalist qeyd edib.