Daha bir rayona icra başçısı təyin edildibackend

Prezident İlham Əliyev Naftalana yeni icra başçısı təyin edib.

“Yeni Gundem” xəbər verir ki, sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Vüqar Novruzov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

39 yaşlı V.Novruzov Bakıda anadan olub. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb.

2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.