Daha üç ölkə diplomatlarını Ukraynadan çıxarır – YENİLƏNİBbackend
Yaponiya hökuməti öz vətəndaşlarının, o cümlədən səfirliyin əməkdaşlarının Ukrayna ərazisindən təxliyə edilməsi zərurətini nəzərdən keçirir.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb.
“Biz ABŞ rəhbərliyinin və digər dövlətlərin bu məsələyə yanaşmasını nəzərdən keçiririk”, – agentliyin Yaponiya Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib.
12:26
Böyük Britaniya Ukrayna səfirliyindəki əməkdaşlarını geri çağırmağa başlayıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.
Bundan başqa, Avstriya xarici işlər naziri Aleksander Şallenberq səfirlik işçilərinin Ukraynadan çıxarılması planının olduğunu bildirsə də, hələlik yekun qərarın olmadığını vurğulayıb.