Daha üç qazimiz müalicə üçün Türkiyəyə göndərildi – Fotolarbackend

Vətən müharibəsində ağır yaralanan qazilərimiz İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu bu gün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

“Yeni Gündəm” xəbər verir ki, həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Qeyd edək ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin ediləcək.

Eyni zamanda Fond tərəfindən Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

image-5 image-4-1 image-5-1