“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcəkbackend

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 12 avqust “Beynəlxalq Gənclər Gününə” həsr olunan onlayn formada “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcəkdir.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 1999-cu il 12 avqustda elan edilən Beynəlxalq Gənclər Gününün 2020-ci il üzrə mövzusu “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması”dır.
Konfransda gənclər siyasəti və gənclərlə iş sahəsində beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət rəsmilərinin və eləcə də istedadlı, beynəlxalq səviyyədə nailiyyətlər qazanmış gənclərimizin çıxış etmələri nəzərdə tutulur.

Onlayn konfransda iştirak etmək istəyən gənclər 8 avqust 12:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://genc.az/12avqust/