Danimarka millisi Bakıya gəlirbackend

Bu gün Danimarka millisi Avro-2020-nin 1/4 final mərhələsinin Çexiya ilə oyunu üçün Bakıya yola düşəcək.

“Yeni Gündəm” xəbər verir ki, yığma Bakı vaxtı ilə saat 15:00-da Kopenhagendən Azərbaycanın paytaxtına uçacaq.

Qeyd edək ki, iyulun 3-ü Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya – Danimarka matçı saat 20:00-da başlayacaq.