Daşkəsəndə Heydər Əliyev Mərkəzi və Nmedia.az saytının təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilibbackend

Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində “28 May-Respublika günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir pandemiya qaydalarına riayət olunmaqla məhdud sayda iştirakçı sayı ilə, Daşkəsən rayonundan olan Vətən müharibəsi iştirakçıları və qazilərin iştirakı ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Azərbaycan Demokratik Respublikasının yaranması haqqında geniş məruzə ilə çıxış etdi. Sonra isə Şəmkir Regional Mədəniyyət idarəsinin Daşkəsən rayonu üzrə baş məsləhətçisi İsax Məmmədov “Respublika günü” eləcə də” Vətən müharibəsindən – Böyük Qələbəyə aparan yol” haqqında məruzə etdi.

Növbəti çıxışlarda Daşkəsən rayon İcra hakimiyyətinin nümayəndəsi, müharibə iştirakçısı Fəxri Həsənov, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov mövzu ilə əlaqədar öz fikirlərini söylədilər.

Tədbirdə iştirak edən müharibə iştirakçıları öz döyüş yolları, şahidi olduqları hadisələr, qələbəyə gedən yolda yaşadıqları hissləri dilə gətirdilər.

Gənc yazar Etibar Həsənzadə də tədbirdə iştirak etdi.

Tədbirin təşkilatçılarından olan gənc jurnalist Nicat Dilqəmli Qazilərimizə və müharibə iştirakçılarına hörmət və ehtiramını bildirdi.

Tədbirin sonunda iştirakçılar Mərkəz və Nmedia-nın Fəxri fərmanları ilə təltif olundular.