Daşqın Gülməmmədov M.Saakaşvili ilə bağlı Gürcüstan Patriarx İkinci İlyaya məktub göndərdibackend

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov Bütün Gürcüstan Katilokos-Patriarxı İkinci İlyaya, Gürcüstanın eks-prezidenti, Milli Hərakat Partiyasının lideri Mixeil Saakaşvilinin həbsdə aclıq elan etməsi və həbsdən azad edilməsi üçün xüsusi məktub ünvanlayıb. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Mətbuat Xidmətindən məlumat verilib.
UQTMŞ Sədri Daşqın Gülməmmədovun, Bütün Gürcüstan Katolokos-Patriarxı İkinci İlyaya göndərdiyi xüsusi məktubda deyilir:

“Bütün Gürcüstan Katolikos-Patriarxı Zatı-Aliləri II İliyaya
Zati-Aliləri,
Sizi Qıpçaq kökənli Qarapapaq Türkləri adından salamlayıram və Sizə sağlamlıq, uzun ömür və bütün dualarınızın Tanrı tərəfindən qəbul edilməsini diləyirəm!
Yazarq Sizdən xaiş edirəm ki, hazırda həbsdə olan, Gürcüstanın eks-prezidenti, dövlət xadimi Mixeil Saakaşvilinin azad edilməsi üçün Sizin imkanlarınızdan istifadə edəsiniz.
Nəzərinizə çatdırım ki, Qıqçaklar, Gürcüstan Çarı David Ağmaşenebelinin zamanında Gürcüstana gəlmişlər və Gürcüstan dövlətinin müdafisəində cəsurluqla iştirak etmişlər. Qıpçakların varisləri olan biz Qarapapaq türkləri heç zaman Gürcüstanın taleyinə biganə qala bilmərik.
Zati-Aliləri,
Qeyd edim ki, Mixeil Saakaşvili adı gürcü ve adi pravoslav deyil. Onun Gürcüstan dövləti, Gürcü xalqı, müsəlmanlar və Gürcüstanda yaşayan türkdilli vətəndaşlar qarşısında böyük xidmətləri olmuşdur. Hazırda onun həbsxanada olması biz Qarapapaq Türklərini eləcədə bir çox müsalmanları ciddi narahat edir.
Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiya öldürüldü, qəbri neçə dəfə dəyişdirldi, digər Gürcüstan prezidenti Georgi Marqvelaşvili bir otel işlətməyə məcbur edildi. İndi biz Gürcüstan üçün böyük xidmət göstərmiş, Gürcüstan əhalisinin çox hissəsi tərfindən sevilən, müsalman və türk dünyasında fəxr edilən 3-cü prezident Mixeil Saakaşvilinin həbsdə qalmasına, ola bilsin həbsxanada həyatini itirməsinə heç bir halda göz yuma bilmərik. Bu baş versə, Gürcüstan tarixi üçün böyük ləkə olacaqdır.
Möhtərm Katolikos-Patriarx
Sizi bütün gürcülər, bir çox pravoslavlar və bir çox müsəlmanlar sevir və böyük ehtiram göstərirlər. Gürcüstanda heç bir şəxs, hətta vəzifəli şəxs sizin sözünü yerə salmağa cəsarət belə edə bilməz.
Sizdən müsəlmanlar adına, Qarapapaq Türkləri adına xahiş edirəm ki, Mixeil Saakaşvilinin əhv edilməsi və həbsxanadan azad edilməsi üçün Gürcüstan prezidenti, xanım Salome Zurabişvili qarşısında məsələ qaldırasınız.
Tanrı Sizi və Gürcüstanı qorusun! Tanrı bütün dualarınızı qəbul etsin!
Hörmətlə,
UQTMŞ Sədri Daşqın Gülməmmədov