Daşqın Gülməmmədov: Qoqi Meşveliani və Giorgi Kuçuloria vətən xainidirlərbackend

Gürcüstan Parlamentinin deputatı Qoqi Meşvelianin sifarişi ilə Vətəndaş Texnologiyaları Mərkəzinin üzvü Giorgi Kuçuloria Bolnisi-Dmanisi-Tetrçkaro və Çalka seçki dairəsindən Mixeil Saakaşvilinin lideri olduğu “Güc Birlikdədir – Birləşmiş Müxalifət” siyasi blokunun majoritar namizədi Kaxa Okriaşvili haqqında iftira fikirlər səsləndirib.

Öz feysbuk səifəsində yalan, iftira yazan Giorgi Kuçulorina iddia edib ki, Guya Kaxa Okriaşvili Ermənistanı dəstəkləyir, və guya Ermənistan Müdafiə Nazirliyinə maddi yardım edib. Bunun hamısı yalan və əsasızdır. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülmmədov bildirib.

Giorgi Kuçulorianın sərsəm iddiaları tamamiylə yalandır və bu sərsəm fikirlər Qoqi Meşveliani tərəfindən uydurulub. Məqsəd Bolnisi-Dmanisi-Tetriçakro və Çalka seçki dairəsində ciddi reytinqi olan Kaxa Okriaşviliyi xalqın gözündən salmaqdır. Qoqi Meşveliani iqtidar partiyası “Kartuli Ocnebanın” güclü adminstraiv resurlarından istifadə etməsinə baxmayaraq artıq uduzduğunu anlayıb və yalanlar vasitəsiylə rəqibini gözdən salmağa çalışır. Qoqi Meşveliani və Giorgi Kuçuloria Rusiya agentləridir, hər ikisi vətən xainidirlər.
Birincisi Kaxa Okriaşvili Ermənistanı dəstkləsəydi bu ən azından audio, video və sənədli faktla sübüt olunardı. Sübut yoxdur. Yəni tam iftiradır. İkincisi Kaxa Okriaşvili Ermənistan Müdafiə Nazirliyinə maddi və ya digər yardım edibsə bu faktı Gürcüstan xüsusi xidmət orqanları mütləq şəkildə sosial şəbəkələrə və informasiya vasitələrinə qeyri-rəsmi kanalla ötürərdilər. Digər tərəfdən Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının da hər şey nəzarətindədir. Azərbaycan tərəfi mütləq bu informasiyanı əldə edərdi. İftiradır, sadəcə Kaxa Okriaşviliyi dəstəkləyən Borçalı əhalisində, Bolnisi və Dmanisdə yaşayan azərbaycanlı seçicilərdə ona nifrət yaratmaqdır.
Kaxa Okriaşvilinin gürcü familyalı etnik erməni olması barədə informasiyanın heç bir əsası yoxdur. 1970-ci ildən bu yana Gürcüstan SSR-də erməni familyalarından imtina edib gürcü familyaları ilə qeydiyyata düşən bütün erməni mənşəli şəxslərin arxivləri və sənədləri məxfi qrifi altında Gürcüstan Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində saxlanılır. Belə bir fakt ortada olsaydı, Gürcüstan iqtidarı bu informasiyanı mütləq açıqlayardı və ya qeyri-rəsmi kanallarla sosial şəbəkələrə ötürərdi. Ümumiyyətlə gizli heç nə yoxdu. Yenə deyirəm yalan ayaq tutar amma yeriməz. Bir də müasir dünyada genetik test də var. Müəyyən informasiyaların açılması zaman məsləsidir.
Azərbaycanın öz ərazisində apardığı azadlıq müharibəsini birbaşa dəstəkləyən Mixeil Saakaşvilinin Vahid Milli Hərakat Partiyasında Azərbaycanın maraqlarına qarşı cıxan şəxslər ola bilməz. Yəni Kaxa Okriaşvilinin Ermənistanı dəstəkləməsi və ya yardım etməsi heç bir halda mümkün deyildir.
Okriaşviliyə iftira atan Giorgi Kuçuloria Rusiya kəşfiyyatının agentidir.

Bu çox bəsit bir faktdır. Azərbaycanın əlehinə olan dairələrə daxildir. Giorgi Kuçulorianın Rusiya kəşfiyyatının agenti kimi əməkdaşlığa cəlb edilməsi isə Qoqi Meşveliani ilə bağlıdır. Qoqi Meşvelianin özünü 1991-ci ildə SSRİ Mərkəzi Kəşfiyyat Xidməti əməkdaşlığa cəlb edib. O özü Rusiya xüsusi xidmət orqanlarının agentidir. 1991-ci ildə SSRİ Mərkəzi Kəşfiyyat Xidmətinin Direktoru Evgeni Primakova digər agent, Gürcüstan Milli Qvardiyasının Rəisi Tengiz Kitovaninin ətrafindan bir nəfər öz adamı lazım idi. Məhz o zaman gənc Qoqi Meşveliani Rusiya xüsusi xidmətinin cənginə keçdi və indi də Rusiyanın gizli maraqlarına xidmət edir, deyə Daşqın Gülməmmədov bildirmişdir.