Daşqınlar nəticəsində 23 nəfər xəsarət aldıbackend

Həkimlər Xerson vilayətində SES bəndinin uçması, daşqınlar nəticəsində xəsarət alanların sayını açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın zonasında 35 yaşayış məntəqəsi və ərazi var.

Tibbi xidmətlərdən cümə axşamı TASS-a verilən məlumata görə, Kaxovka Su Elektrik Stansiyasının bəndinin uçması və Xerson vilayətini su basması nəticəsində 23 nəfər xəsarət alıb.

“Son məlumatlara görə, 23 nəfər xəsarət alıb, onlar hipotermiya və travma alıb, 21 nəfər xəstəxanaya yerləşdirilib”, – tibb xidmətindəki mənbə bildirib.

Xatırladaq ki, Ukrayna qüvvələri iyunun 6-da səhər tezdən Kaxovka Su Elektrik Stansiyasını (SES) atəşə tutub, nəticədə stansiyanın bəndindəki hidravlik şlüz klapanlarının dağılması, suyun nəzarətsiz axıdılmasına səbəb olub. Novaya Kaxovkada suyun səviyyəsi 12 metrə çatıb, lakin indi azalır. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın zonasında 35 yaşayış məntəqəsi və ərazi var. Yaxınlıqdakı icmaların sakinləri təxliyə edilir. Enerji istehsalı obyektinin dağıdılması ətraf mühitə ciddi ziyan vurub, Dnepr çayı boyunca əkin sahələrini yuyub aparıb və Şimali Krım kanalında suyun səviyyəsini təhlükə altına alıb. Kremlin mətbuat katibi Dmitri Peskov Kaxovka SES-ə hücumun əvvəlcədən düşünülmüş təxribat olduğunu vurğulayıb. O əlavə edib ki, bunun nəticələrinə görə məsuliyyət tamamilə Kiyev rejiminin üzərinə düşür.

Mənbə: TASS

Aynur Camal