Davosda Azərbaycanda həyata keçirilən dayanıqlı iqtisadi siyasət müzakirə edildibackend

Davosda Azərbaycanda həyata keçirilən dayanıqlı iqtisadi siyasət müzakirə edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində “Gələcək nəsil sənaye strategiyaları” sessiyasında Azərbaycanda həyata keçirilən dayanıqlı iqtisadi siyasət, sənayenin inkişaf istiqamətləri, dövlət-özəl sektor tərəfdaşlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə fikirlərimizi bölüşdük”, – nazir qeyd edib..

M.Cabbarov həmçinin bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 18 yanvar tarixində “İş Konsorsiumu: İşin Gələcəyinə Yeni Baxışa Doğru” mövzusunda sessiyaya qatılıb: “Dövlət tərəfindən işgüzar mühitin təkmilləşdirilməsi üçün tətbiq edilən mexanizmlər və bu sahədə biznesin rolu barədə fikirlərimizi bölüşdük”.