DƏHŞƏTLİ HADİSƏ: 2 təyyarə səmada toqquşdu – Çox sayda ÖLÜ VARbackend

ABŞ-da qorxunc hadisə yaşanıb.

“Yeni Gündəm” xəbər verir ki, Aydaho ştatında iki kiçik təyyarə səmada toqquşub. Yerli orqanların məlumatına görə, təyyarələrin toqquşması nəticəsində 8 nəfər ölüb. Ölənlətdən yalnız iki nəfərin meyiti tapılıb.

Məlumata görə, təyyarələr gölün üzərində toqquşub. Sərnişinlər və təyyarələrin parçaları göldə batıb.