DƏHŞƏTLİ HADİSƏ: Gənc qız özünü Kür çayına atdı – VİDEObackend

Paytaxt Tbilisidə 15 yaşlı gənc qız özünü Kür çayına atıb.

“Yeni Gündəm” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı və video görüntüləri Laşa Babuxadia adlı gənc özünün facebook səhifəsində paylaşıb.

Sözügedən şəxs qeyd edib ki, gənc qız xilasedicilər tərəfindən sudan çıxarılıb və polis tərəfindən ona özünü öldürməyə qəsd etdiyi üçün 500 lari cərimə yazılıb.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı rəsmi hər hansı məlumat yoxdur.