Deksametazonla bağlı XƏBƏRDARLIQbackend

“Xəstələrin evlərdə özünü müalicəyə cəhd etməsi onların vəziyyətinin ağırlaşmasına səbəb olur”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, evlərdə yalnız vitaminlərdən sərbəst istifadə etmək, yataq rejimi və bol maye qəbul etmək olar:

“Bəzi qandurulaşdırıcı dərmanlar həkim məsləhəti ilə, dozası müəyyən edildikdən sonra qəbul edilə bilər.0

Həkim tövsiyəsi olmadan steroidlər, antibiotiklər və avtiviral dərmanlardan istifadə etmək olmaz. Məsələn, deksametazon barədə məlumatlar yayılıb, hətta apteklər bunu xəstələrə tövsiyə edir. Həkim məsləhəti və müayinə olmadan deksametazon qəbulu xəstənin vəziyyətini daha da ağırlaşdırır”.