Dələduzluğun son həddi-ŞUŞADA İŞLƏMƏK ADIYLA İNSANLARI ALDADIB PUL ALDILAR – VİDEObackend

İşə düzlətmək adı ilə bir qrup insanı aldadıb pul alan dələduz dəstə bu dəfə tanınmış videoblogger Ata Abdullayevin kamerasına tuş gəlib.

Videobloggerə müraciət edən şikayətçilər bildirib ki, onlardan Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə işə düzəltmək adıyla müxtəlif vaxtlarda pul alınıb.Günü günə satan işbazlar insanların etibarından sui istifadə etməyi bacarmaqla yanaşı , Şuşa,və digər yurd yerlərimizin adına uyğun olmayan yalanla da milli-mənəvi dəyərləri də tapdalayıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi və tapşırığı ilə həmin ərazilərdə yenidənqurma işlərinə də kölgə salan bu cür adamlar eyni zamanda dövlətin uğurlu işlərinə də birbaşa ləkə salırlar.

Analoq.az olaraq əminik ki, hüquq-mühafizə orqanları dələduzlara qanun qarşısında layiqləri olan cəzanı tətbiq edəcəklər.

Onu da qeyd edək ki,Ata Abdullayevin kamerasına düşməyi özlərinə ar bilən dələduz xanımlar hadisə yerindən çox rahat şəkildə qaçmağı da bacarıblar.

VİDEO LİNK