“Demarkasiya və kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir” – Qriqoryanbackend

“Regionda nəqliyyat kommunikasiyalarının mümkün açılması Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqəli deyil”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “TASS”a verdiyi müsahibəsində deyib.

“Biz üç ölkə liderlərinin Soçi bəyanatına əməl edirik. Bu bəyanata əsasən isə, Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və iki ölkənin dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasına razılıq vermişik. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı deyil”, – deyə Qriqoryan bildirib.

Ermənistanın Baş nazirinin müavini, həmçinin əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət alt qrup yaradılıb. Onun sözlərinə görə, bu alt qrup sərhədlərin açılması halında daşımaların təmin edilməsi məsələlərinin öyrənilməsi ilə məşğul olur.

“Bu məsələlərin son tənzimləməsinə dair müzakirələr hələ aparılmayıb”, – deyə M. Qriqoryan söyləyib.