“Demək olar ki, hər gün yeni əraziləri işğaldan azad edirik” – Prezidentdən ŞAD XƏBƏRbackend

“Azad edilmiş torpaqların ərazisini hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki, hər gün bu dəyişir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Prezident dünən 6 kəndin işğaldan azad edilməsini Azərbaycan xalqına çatdırdığını deyib:

“Ondan əvvəlki gün də daha çox sayda kəndlər azad edilib. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik. Hər gün strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir”, – Prezident əlavə edib.