“Dəmir barmağlığın arxası da kişi üçündür, əsl kişi hər yerdə kişidir, Rəşad da elə oğuldur ki…” – Samirə Yusifqızıbackend

“Mən çox pis olmuşam. Rəşad bizə əzizdir. “Toylar kraliçası” olanda məclisimə birinci elə o gəlmişdi. Rəşad Dağlı böyük sənətkardır, söz şairidir, qəzəlxandır. Mən onu şah adlandırıram. Meyxana demək asan bir iş deyil. O qədər Rəşadla məclislərdə meyxana demişəm ki. Nə o indinin Rəşadıdır, nə də ki, mən indinin Samirəsiyəm. Onun sənəti kimdə olsaydı özünü dağın başına qoyardı. Bundan əlavə də gözəl insandır, ailə başçısıdır, mərifətli, qabiliyyətli oğlandır, sözün əsl mənasında kişidir. İgidin başı qalda gərək. Dəmir barmağlığın arxası da kişi üçündür. Əsl kişi hər yerdə kişidir. Rəşad da elə oğuldur ki, heç nədən qorxmaz. O dağ qartalıdır, dağlı balasıdır, qorxan adam deyil. Tezliklə qapısı açılacaq və tezliklə də ailəsinin, övladlarının yanına dönəcək”

“Yeni Gundem” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni-meyxanaçı Samirə Yusifqızı deyib. O daha sonra həmkarına təriflər yağdırıb.

“Rəşad narkotik üstündə tutulmayıb. O kişi işi görüb. Kimsə ağzından nəsə qaçırdıbsa onun üstündə olub. Nahaqdan heç kimi öldürməzdi. Hadisədir də, Allah şeytana lənət etsin. Amma gərək olmazdı, çox heyf. Mənə elə gəlir ki, bu meyxana ilə bağlı deyil, başqa bir səbəbdir. Rəşadın müvəqqəti yoxluğundan çox adam istifadə edəcək. Amma belə bilirəm ki, o dəmir barmaqlıqlar arasında da olsa yazıb-yaradacaq. Çünki onun sinəsi bulaq kimi qaynayır, söz ehtiyyatı heç vaxt tükənən deyil. Rəşadın ailəsi ilə danışmamışam, bu dəqiqə heç telefon da götürməzlər. Nə danışasan onlarla? İnsanı Allah yaradıb, heç kimin əli gəlməz ki, kiminsə həyatına qəsd etsin. Amma elə bir hal olur ki, adam keçə bilmir. İnsanın gözünü qan tutdusa hər şey ola bilər. Meyxana olan toylarda belə hallar çox tez-tez olur. O qədər olub ki, əsəbləşib, məclisi tərk etmişəm. Söz xoşuma gəlməyib, deməmişəm. Sonradan hər şey yoluna qoyulub” deyə müğənni bildirib.

Samirə Yusifqızı bildirib ki,  bu münaqişə Ələkbər Yasamallı ilə Rəşad Dağlının münasibətlərinə soyuqluq gətirməyəcək.

“Bu hadisə olmalı deyildi, amma oldu. Ölənin arxasınca heç kim ölmür. Mənə elə gəlir ki, Ələkbər düzgünlüyün tərəfdarıdır. Biri qohumudur, biri dostu. Nə dostundan, nə də qohumundan keçən adam deyil o.  O ki, qaldı Ələkbərə. Onunla əlaqə saxlamamışam, çünki vatsap nömrəsi məndə yoxdur. Oqtaya yazmışam, mənə nömrəsini yollayacaq. Ölənin anası yeni rəhmətə gedib, özü də həbsdən yeni çıxmışdı. İnşallah ki, Rəşad bu məsələdən üzüağ çıxar” deyə Samirə Yusifqızı deyib.