Dəmir Yollarına rəhbərlik ona həvalə edildibackend

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.

Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.

Gununsesi.info