Dəmir yumruğumuzun gücünü bütün dünya gördü – MÜSAHİBƏbackend

Azərbaycan xalqının ölməz sərvəti olan milli mətbuatımız və milli publisistikamız həmişə öz müqəddəs töhfələrini verməyi bacarmış, xalqımıza əbədi tarixlərdə yaşayacaq görkəmli şəxsiyyətlər, publisistlər, pedaqoqlar, ziyalılar yetişdirmişdir .

“Yeni Gündəm”-in müsahibi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, milli mətbuat tariximizin görkəmli araşdırcısı Aygün Əzimovadır .

Aygün xanım bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.

İcazə verin Laçın, Sus, Zabux qələbəsi münasibətilə sizi təbrik edim. Bir Qarabağlı kimi bu xəbər sizdə hansı təsərüatları yaratdı?

İlk əvvəl qələbə münasibətilə təbrikə görə çox sağolun.Amma bu təkcə Qarabağlıların qələbəsi deyil, 10 milyonu ötən xalqın növbəti uğurudur .Bütün türk dünyasının yeni bir zəfəridir.

Türk əzmini, türk vətənpərvərliyini, türk şücaətini ABŞ-a, Fransaya, Avropaya bir sözlə bütün dünyaya göstərdik. Dəmir yumruğumuzun gücünü bütün dünya gördü .Bu həmdə ikinci müstəqillik dövründə Azərbaycan diplomatiyasının ilk qələbəsi idi. Biz Laçını bir güllə atmadan azad etdik .Bu ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Bəli Azərbaycan birinci dəfə müstəqillik əldə etdiyi zamandada, Azərbaycan oğullarının qəhrəmanlığını tarixən əldə etdiyimiz sənədlərdə, arxivlərdə, publisist yazılarda oxumuşuq və görmüşük. Mən inanırdım ki, vətənimiz Azərbaycanın belə qəhrəman oğulları varsa, bizim torpaqlarımız azad olunacaq. Bilirsiniz hələ 1920-ci ildə “Azərbaycan “qəzetində Ordumuz Zəfərdə bir başlıqlı yazı dərc olunmuşdu. O yazıya diqqət yetirsək açıq, aydın görərik ki, 20-ci əsrin əvvələri, 20-ci illəri, 21-ci əsrin əvvələri, 20 – ci illəri analoji şəkildə oxşarlıq, analoji şəkildə tarixin təkrarlanmasıdır. Həmin yazıda Qarabağ üsyanının baş verməsi qeyd olunub. Ermənilərdən Əsgəranın (Xocalı) azad edilməsi üçün mübarizəyə qalxan Azərbaycan əsgərlərinin bir fikri, bu gün ki, Azərbaycan oğullarının, həm qazilərimizin, həm Şəhid oğullarımızın eləcədə vətən uğrunda canından keçən hər bir əsgərin bir fikirini görmüş oluruq.Qələbə ilə qayıdan hər bir qəhrəman öz yoldaşlarına, getdiyi döyüş yolunu, döyüş yoldaşlarının qəhrəmanlığını qürur hissi ilə danışarkən deyir ki, O zaman  daş başı hücumuna  hazırlanan əsgərlər var idi. Bir gün mən o əsgərə sual verdim “haraya gedirsiniz?” o əsgərin cavabı “daş başına gedirik ki, onu baş daşı edək”.

Bu qəhrəmanın qəhraman cavabıdır .

Doğurdan da, Qarabağ uğrunda döyüşə yollanan hər bir igidin arzusu, hədəfi. o torpağa “baş daşı” olmaq idi. Onlar bu qürurla yaşayıb, döyüşüb, şəhidlik zirvəsinə çatdılar .

Belə oğulu olan, bir xalq, bir məmləkət əlbəttə ki, xoşbəxtdir. Bu həmin xalqın gələcəyindən xəbər verir. Xəbər verir ki, heç vaxt, heç zaman yadelli həmin xalqın torpağında özünə “yuva” qursun .

Vətən müharibəsində hamımız Prezidentin tivitini gözləyirdik ki, haçan şad xəbər gələcək . Prezidentin bu müjdəsini necə gözləyirdiniz?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xarici media orqanlarına verdiyi hər bir müsahibəsində Azərbaycanın informasiya müharibəsindədə parlaq zəfər çaldığını göstərdi. Həm informasiya savaşı, həm Vətən uğrunda, torpaqlarımız uğurunda savaşdada bizim tam qələbəmizin şahidi hamı oldu. Xalqda bu inamla Prezidentin tvitter səhifəsini izləyirdi.

Ekran qarşısında oturub gözləyirdik ki, Prezidentimiz bu gün bir qələbəni, sabah digər bir qələbənin müjdəsini bizə verəcək. Ardıcıl olaraq gələn şad xəbərlər demək olar ki, bütün xalqı birliyə yönəltdi.

Arxa cəbhədədə bütün siyasi partiyalar bir oldu .Çünki bu Vətən müharibəsi idi. Heç bir şeydən aslı olmayaraq hər şey vətən üçün, hər şey torpaq üçün …

Belə bir deviz, belə bir şüar xalqı birləşdirdi. Mən şəxsən hər gün oturub Laçının şad  xəbərini gözləyirdim. Həyatımın ən sevincli bir xəbərini gözləyirdim.

İlk əvvələr qələbəni sevinclə qəbul eləyirdik. Lakin sonradan o qələbə biraz insanın qanını dondururdu. Bu sevincin həddi idi. Artıq  qələbə sevinclərini yaşadıqca insan özündən olub, ixtiyarsız olaraq göz yaşlarına boğulurdu.

Mən Televiziya kanallarında Prezidentin bölgələrə səfərlərindəki epizodlara baxdıqca həm qürurlanıram, həm də göz yaşlarımı saxlaya bilmirəm. Çox kövrəyəm. Bilmirəm Şəhidlərimizin bu dünyadan vaxtsız getməsi kovrəkliyimə səbəb olur. O torpaqlar göstərildikcə, o torpaqlardan ucalan nəğmələri dinləndikcə Şəhid səsləridə sanki qulağıma gəlir. Elə bilirsən ki, o torpaqlar dahada müqəddəsləşib. O torpaqlar Şəhid qanı ilə yuyulub. O torpaqlara baxdıqca Şəhid ruhunu görürsən, hiss edirsən. Mən Xarıbülbül Musiqi Festivalına gedəndə o torpaqlara ayaq basdıqca bir az ehtiyatnan ayaq basdım, burada hansısa  bir Şəhidin qanı ola bilər.

Oğlum bu torpaqlar bizə dədə babalarımızdan bir yadigar idisə, indi bizə o şəhidlərimizdən yadigardır. Ona görə Şəhid qanı bu torpaqları dahada müqəddəsləşdirib.

Aygün xanım sizin publisistikamızda rolunuz çox böyükdür.Səhv etmirəmsə 2007-ci ildə “Dirçəliş”məcmuəsində Ermənilərin separatçılıq fəaliyyətinin bədii publisistikada əksi adlı məqaləniz dərc olunub. Həmin məqalə haqqında gəlin danışaq. Siz orda reallıqla bədiiliyi müqayisə etmisiniz. Bədii-publisistik məqalə müstəvisində erməni separatçılığını şərh edək .

Bəli.”Dirçəliş”məcuməsində ermənilərin separtçılığı ilə bağlı yazım dərc olunub .Türkiyədə “Qarabağ sorunu dün bu gün” adlı yazımda işıq üzü görüb. O yazıda mən erməni separatiziminin tarix boyu ədavət toxumunu izah etməyə çalışmışam.Tarixi köklərə getdikcə, görürsən ki, erməni separatizimi elə bir toxumdur ki, o toxumda kin küdürət, soyğunçuluq, qəddarlıq, faşistlik, vandallıq öz əksini tapıb. O toxum nə qədər qəddarlıqla, bədxahlıqla yoğurlubsa gec tez məhv olub gedəcək. İnsanın içindəki olan o kin küdürət ilk öncə insanın özünü məhv edir. Fərqi yoxdu nə qədər ətrafa səpələnir səpələnsin, səpələndiyi tərəf o toxumu məhv edərək, onların iç üzünü ortaya qoymuş olacaq. Necəki biz bunu etdik. Xaricdən ölkəmizə gəlib Qarabağı görənlərdə bunu görür.

Erməni vandaliziminin şahidi olur.Bunun bundan gözəl bədii-publisistik şərhi ola bilməz. Klassik publisistika ilə məşğul olduğum üçün bəzi nümunələr gətirmək istəyirəm. Gəlin müqəddəs dediyimiz anaların fərqini görək. Övladlarının beşiyi başında laylay çalarkən, öz övladlarını mehribançılığa, humanistliyə, qayğıkeşliyə səsləyir. Analarımız övladlarına vətəninə, elinə, xalqına, dostuna, qonşusuna hörmətlə yanaşmağı öyrədir. Bu laylalar körpələrin xarakterini göstərir. O körpələr ədavətnən yox məkirliknən yox, insanlığnan, humanizmiliknən böyüsünlər, boya başa çatıb belə ömür sürsünlər. Ermənilərdə belə bir şey yoxdur. Uşaqlarını faşist ideologiyası əsasında boya başa çatdırırlar. Bununlada övladlarının gələcəyini məhv edirlər. Azərbaycan oğullarının erməni oğullarının məhv etməsinin əsas səbəbi də budur. Çünki biri humanistliyin digəri isə qəddarlığın rəmzi idi .Biri xeyirini, digəri isə şərin simovludur. Xeyir əlbəttə də ki, hər zaman şərə qalib gəlib onu məhv edəcək .

44 günlük müharibədən əvvəl və sonra hansı dəyişiklikləri görürsünüz?

Ortada yernən göy qədəri ilə fərq var. Biz bu dövrü boş yerə bərpa quruculuq dövrü adlandırmamışıq. İnfrastrukturlar qurulur. Nələr və nələr yaradılır. Azərbaycan dünəndən də böyük bir qəlbəyə imza atmış olur. Bu yeni nəfəs olacaq. Azad edilmiş torpaqlara qayıdan xalqımız, millətimizin qarşısında bir məsələ durur. Şəhidlərimizə ehtiram, qazilərimizə can sağlığı arzulamaqla daha vüqarlı, olmaq lazımdır .

Dövlət nəyi yaradırsa xalqda ona təkan verib birliyimizi möhkəmlətmək lazımdır.Dövlətnən birgə çalışmaq lazımdır.

Hər kəs bu millətin, xalqın, vətənin qarşısında necə məsuliyyətli olduğunu dərk etməlidir. Bir amalımız var. 44 günə qazandığımız zəfəri orda qurub yaratmaqla birləşdirmək lazımdırq. Bu zəfəri dahada genişləndirərək yeni uğurlara imza atmaq lazımdır .

Mən hazıram öz Şuşama getməyə, qurub yaratmağa mən buna hazıram.

Şuşama qayıdıb orda müəllimə işləməyə hazıram .

Mənə müraciət edildi ki, “siz rayona gedərsiniz mi” mən dedim “böyük məmuniyyətlə “

Bütün fakültəmiz bilir ki, 30 il mənim ağrım, acım bu olub. 30 il ağrısını, acısını çəkdiyim torpaq həsrətim. Məni tanıyan hər kəs çox yaxşı bilir ki, 30 il göz yaşlarım qurumuyub. Əgər o üzümdə görülməyibsə ürəyimə axılıb. Daxilimdə o yara olub. Mən bu gün sevinc göz yaşlarımı Şuşada axıtmaq istəyirəm .

Var olsun Azərbaycan!

Var olsun Azərbaycan Prezidenti! Ali Baş Komandanımız.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Qarabağ Azərbaycandır!