Demokratiyanın mühüm əlamətibackend

ölkəmizdə söz azadlığına nə qədər önəm verildiyi idi: “Bütün dünya gördü ki, COP müstəvisində Azərbaycanın siyasətinə nə qədər düşmən münasibət bəsləyən ölkələrin nümayəndələri öz fikirlərini açıq şəkildə bildirdilər. Hətta bəşəriyyətin iqlim təhlükəsindən, problemlərindən xilasına qarşı ciddi müzakirələrin getdiyi bir vaxtda belə dəxli olmadan tamamilə yersiz addımlar atan insanlara qarşı nə qədər dözümlü bir münasibət sərgiləndi. Azərbaycanın COP müstəvisində həm fikir, söz azadlığına, həm də iqlim dəyişiklikləri ilə mübarizənin imperativlərinə nə qədər sadiq yanaşdığının əlamətləri ortadadır. Bu, o deməkdir ki, Azərbaycan COP siyasətində də səmimi və ardıcıllıq nümayiş etdirdi, konkret iradəyə söykəndi. Azərbaycan həm təbii qazıntı yanacaqlarının üzərində öz iqtisadiyyatını inkişaf etdirməkdə maraqlıdır, həm də qazıntı yanacaqlarını dövrün tələblərinə uyğun olaraq alternativ enerji mənbələri ilə əvəz etməkdə nə qədər böyük iradə sahibi olduğunu nümayiş etdirir. Bütün bunlar Azərbaycanın dünyanın bu günü və gələcəyi naminə səmimi siyasət apardığını ifadə edir. Halbuki Azərbaycan kimi digər ölkələr də belə məntiqli və sağlam yanaşsaydılar, dünyanın gələcəyi üçün ən azı iqlim problemləri kontekstində o qədər də narahat olmağa dəyməzdi. Azərbaycan bu gün karbon emissiyalarının yalnız 0,01%-nə sahibdir, lakin 80%-ə qədər karbon emissiyasına sahib olan “Böyük 20”lərdən fərqli olaraq daha ardıcıl və daha səmimi siyasət aparır. Bu, elə Azərbaycanın siyasətinə böyük rəğbətlə yanaşmağı tələb edən nüansdır. Çox təəssüf ki, Azərbaycan nə qədər səmimi yanaşırsa, yenə də bəzi ölkələrin qərəzli, ikili standartlar çərçivəsində hücumlarına məruz qalır. Azərbaycanın COP siyasəti, iqlim dəyişiklikləri ilə mübarizə siyasəti, bu siyasət kontekstində söz, informasiya və fikir azadlığına sadiqliyi heç bir mübahisə doğurmadan qəbul olunmalıdır”.

COP29 zamanı xarici jurnalistlər gördülər ki…

B.Məhərrəmov qeyd edib ki, COP29 zamanı bir daha məlum oldu ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatında nə qədər maraqlı idisə, bir o qədər də dünyamızın hifz olunmasında, onu təhdid edən iqlim dəyişiklikləri problemlərinin həllində ciddi rol oynamaqda maraqlıdır: “COP29 Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. Tədbir çərçivəsində məmurlar jurnalistlərin qarşısında çıxışlar etdilər, onların suallarını cavablandırdırlar. Xarici jurnalistlər də gördülər ki, Azərbaycanda tam şəffaf, açıq şəkildə münasibət qurmaq mümkündür. Ölkəmizdə söz, mətbuat və informasiya azadlığının ən yaxşı səviyyədə təmin edildiyi də bütün dünyanın diqqətinə çatdırıldı”.