Dənizdə batan gəncin meyiti tapıldıbackend

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.