Dənizə dönmək istəyirəm – Nərmin Şamilbəylibackend

Dənizə dönmək istərəm,

Mavi suların qoynunda, İtib batib,

Günahımla, savabımla

Sulara qərq olmaq istərəm,

Mən dəniz olmaq istərəm,

Yox olaraq bu dünyadan

Əfsanə tək xatırlanan,

Gah görünüb, gah qeyb olan

Su pərisi olmaq istərəm..

Mən bir heç olmaq istərəm,

Nağıl kimi, roman kimi,

Əsərinin qəhrəmanı,

Ürəyinin şah dastanı,

Arzu kimi, xəyal kimi

Yuxuna gəlmək istərəm,

Sakit sakit axıb gedən,

Sular kimi, çaylar kimi

Axıb axıb dənizinə, həyatına

Hər an qarışmaq istərəm,

Mən sənin olmaq istərəm,

Həm səni duymaq istərəm,

Dənizə dönmək istərəm..

Mən dəniz olmaq istərəm…

Bütün xəbərlər Facebook səhifəmizdə