Deputat Afət Həsənova CV-si ilə gündəm oldu – FOTObackend

Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.

“Yeni Gündəm” xəbər verir ki, deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə edib. Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.

Afət Həsənova bununla sanki özünü sabiq nazirin kölgəsi kimi hiss etdirib. Təəssüflər olsun ki, Azərbaycanda məmurlar arasında qohumbazlıq, yerlipərəstlik, daha üstün vəzifə sahibləri ilə “qohum” olmaq ənənələri hələ də öz aktuallığını qoruyub saxlayır.

Görünür, deputat Afət Həsənova da öz şəxsi tərcümeyi-halına heç bir aidiyyatı olmayan bu məlumatı daxil etməklə daha böyük dividentlər qazanacağını, sanki bütün qapıların onun üzünə açılacağını düşünüb. Əks halda öz CV-sinə Hüseynqulu Bağırovun qohumu olduğunu niyə əlavə etsin ki…

Konkret.az