Deputat ANAMA-nın minaya düşən əməkdaşını ziyarət edib – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov ANAMA-nın minaya düşən əməkdaşı, Goranboy rayonu Qaradağlı kənd sakini Ruhin Vəliyevixəstəxanada ziyarət edib, səhhəti ilə maraqlanıb.

Ruhin Vəliyev ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, iyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri  almışdır. Nəticədə sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti sabitdir.