Deputat Anar Məmmədov növbəti dəfə vətəndaşlarla görüşdü – FOTOLARbackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Nizami kəndində seçiciləri ilə görüş keçirib.

“Yeni Gündəm” xəbər verir ki, görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Görüşdə olan sakinlər əsasən Nizami kəndində işıq naqillərinin və dirəklərinin köhnə və qəzalı vəziyyətdə olması ilə bağlı millət vəkilinə müraciət ediblər. Millət vəkili əlaqədar qurumlara bu problem barədə məlumat veriləcəyini bildirib. Əlavə edib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.

Sonda sakinlər müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.