Deputat Ancelina Coliyə bənzədiyini deyib? – AÇIQLAMAbackend

Millət vəkili Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatla açıqlama yayıb.

“Yeni Gundem” xəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkə hesabında yazıb:

“Əziz həmvətənlərim!

Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, “feyk” xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!
Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”.

Qeyd edək ki, Fatma Yıldırımın müsahibə verdiyi və həmin müsahibədə “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu.