Deputat aprel qazisinin problemini həll etdibackend

Deputat aprel qazisinin problemini həll etdi
Milli Məclisin deputatı Anar Məmmədov daha bir qazinin müraciətini həll etdi. Bu haqda deputat öz şəxsi facebook səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz seçicilər, əziz dostlar!​
Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən etibarən məcburi köçkünlərə, şəhid ailələrinə, müharibədə fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmışam. Çünki onlar bu millət, xalq, torpaq uğrunda öz sağlamlığını qurban verib. Necə ki, şəhidlərimiz torpaq uğrunda öz canlarını fəda ediblər, qazilərimiz də sağlamlığını bu vətən yolunda fəda edib. Odur ki, belə qəhrəman vətən oğullarına olan qayğı hər zaman yüksək səviyyədə olmalıdır. Mən də çalışmışam ki, vətən və torpaq uğrunda fiziki sağlamlığını itirən şəxslərin, qəhrəman oğullarımızın mənə ünvanladığı bütün müraciətlərdə onlara dəstək olum. Ən əsası da ölkə başçısının istəyinə uyğun olaraq bir millət vəkili kimi sizlərin müraciətlərinizin həllini tapmasına birgə nail olaq.
Bir neçə gün bundan öncə Goranboy rayonu Qaradağlı kənd sakini, Aprel qazisi İlham Əliyev bizə müraciət edərək səhhəti ilə bağlı köməklik göstərilməsini xahiş etmişdi. Nümayəndəmiz Elçin Cahangirov qazi İlham Əliyevlə görüşüb, səhhəti ilə maraqlanmış və bizi ətraflı şəkildə məlumatlandırmışdır. Biz də qazimizin səhhətinə lazımı tibbi köməklik göstərilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovla əlaqə saxladıq. Müraciətimizin həlli ilə bağlı çevik reaksiyaya görə və lazımı tibbi köməkliyi göstərdiyinə görə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalova təşəkkür edirəm.
İftixar Zeynalovun timsalında Azərbaycan səhiyyəsinin adını uca tutan xilaskar və fədakar həkimlərə əlləriniz var, başınız uca olsun deyirəm!
Və bir daha sonda bütün seçicilərimə səslənərək bildirmək istəyirəm ki, hər zaman yanınızda olacam və sizi narahat edən məsələlərin həlli üçün əlimdən gələni əsirgəməyəcəm