Deputat: Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdibackend

30 illik işğala son qoyan Zəfər günü müasir Azərbaycan tarixində mühüm yer tutur. Ali Baş Komandanın və rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etdiyi gün Ermənistanın işğal faktına son qoyuldu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı sentyabrın 27-si Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur:

“Azərbaycan xalqı sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci yaşayır. Bu tarixi zəfərlə Ermənistanın 30 illik işğal faktına son qoyuldu. Torpaqlarımızı erməni tapdağından azad etməklə qalib dövlət, xalq kimi tarixə düşdük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanları inşa olundu. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə Prezidenti azad edilmiş ərazilərdə qısa müddətə inşa edilmiş hava limanlarının açılışında iştirak etdi. Artıq Zəngilanda “Ağıllı kənd” layihələrinin uğurla icra olunub. Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkili hesab edir ki, qarşıda bizi mühüm vəzifələr gözləyir: “Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq”.Teleqraf.com