Deputat: “Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir, qazi adını verməliyik”backend

“Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir. O birbaşa həm informasiya savaşında, həm də döyüşdə birbaşa bu savaşın iştirakçısı oldu”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Mustafa Kamal Atatürkün adının qarşısına qazi adı onun qazandığı zəfərə görə verilmişdi: “Biz də Prezident İlham Əliyevin adının qarşısına qazi adını verməliyik”.