Deputat: “Baş verən bu terror hadisəsində məsuliyyət birmənalı olaraq rəsmi İran daşıyır.”backend

Öncə baş verən hadisəni terror cinayəti kimi lənətləyirəm. Şəhid olan səfirlik əməkdaşına Əsgərov Orxana Allahdan rəhmət diləyirəm.İslam dəyərlərinin sözdə “daşıyıcısı” olan qonşu İranda Azərbaycana qarşı belə bir terror hadisəsinin törədilməsi heç cürə qəbul edilə bilməz:Xüsusilə din qardaşlarına qarşı baş verməli deyildi. Əksinə Azərbaycan Səfirliyini baş verə biləcək hər cürə təhlükədən qorumaq üçün gücləndirilmiş müdafiə təmin edilməli idi. Çünki Azərbaycanın Tehranda səfirliyindən verilən məlumata görə Səfirlyə bir neçə dəfə təhdidlər olubdur. Rəsmi İran Beynəlxalq Vyana konvensiyasına görə götürdüyü öhdəliyə üçün məsulyyət daşıyır. Hətta rəsmi İran ən azı Azərbaycan və Ermənistan arasındakı münasibətləri bildiyi üçün İranda yaşayan erməni təhlükəsi riskindən Səfirliyimizi daha ciddi mühafizəsini təşkil etməli idi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkili əlavə edib ki, baş vermiş terror hadisəsin kamera görüntüləri də sübut edir ki, öncədən hazırlanmış bu mütəşəkkil terror cinayətinə İranın müvafiq qurumları göz yumubdur:

“Bununla yanaşı bir müddət öncə Azərbaycanın bəzi xarici ölkələrdəki səfirliyiklərinə erməni terrorçuları tərəfindən hücum olmuşdu.
Əslində İran erməni diasporalarının ən güclü olduğu ölkələrdən biridir. Biz erməni diasporasına ən çox Fransada, Rusiyada və Amerikada fokuslanırıq. Ancaq açıq deməliyik ki, ən güclü erməni diasporası məhz İrandadır. Lakin bildiyimiz kimi İran tarix boyu bacı adlandırdıqları erməniləri və İrandakı azərbaycanlılara qarşı fitnə quran erməni diasporasını himayə edibdir. Hətta Azərbaycan müstəqilliyini qazandıqdan sonra belə bu pataloji erməni sevdası daha qabarıq olubdur. İranda erməni televiyası, radiosu, məktəbi və universiteti olmaz. İranda 30 milyon azərbaycanlı var ki, onların nə məktəbi, nə universiteti yoxdur.

Baş vermiş terror hadisəsin kamera görüntüləri də sübut edir ki, öncədən hazırlanmış bu mütəşəkkil terror cinayətinə İranın müvafiq qurumları göz yumubdur. Lap açıq desək marağında olubdur. Əslində baş vermiş hadisədən sonra İran Prezidenti Azərbaycan xalqından üzr istəyərək, başsağlığı verməli idi. Riyakar İran rejimi hələ də yarı yarımçıq bəyanətlərlə törətdikləri cinayəti ört basdır etməyə çalışır. Azərbaycanı yaxın dost qonşu hesab etsəydi belə bir hadisənin qarşısı alına bilərdi. 

Ona görə də baş verən hadisəyə görə rəsmi Tehranın cox ciddi məsuliyyəti var. Bir daha baş verən cinayət hadisəni və cinayətə dəstək olub, baş verənlərə göz yumanları da lənətləyirəm. Düşünürəm ki, rəsmi İran cinayəti törədənlər qədər məsuliyyət daşıyır.Diplomatik binaların və əməkdaşların mühafizəsi beynəlxalq konvensiyalarla tənzimlənir. Yekun olaraq cinayətin baş verməsində rəsmi İran da baş vermiş terrora görə cinayətkarla bərabər məsuliyyəti paylaşırlar.”