Deputat Dəliməmmədli şəhərində seçicilərini qəbul edib – FOTObackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov müraciətlərlə əlaqədar Goranboy rayonu Dəliməmmədli şəhərində seçiciləri ilə görüşüb.

Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, torpaq, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı məsələlər qaldırıblar.

Müraciətlərin əksər hissəsi yerində həll olunub, bəzilərinin həlli ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib. Millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.