Deputat: Ermənilərə adekvat cavab verilməli, Naxçıvanda yolun açılması tələbi ilə mitinq keçirilməlidirbackend

“Bu gün Bakıda yaşayan bütün insanlar zülm çəkir və dövlət qurumları tıxacların qarşısında acizdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, həm də iqtisadiyyatımıza böyük zərbə vurur: “Təcili bu istiqamətdə tender keçirməliyik. Bu sahədə peşəkar olan Malayziya və digər ölkələrin şirkətlərini bu tenderlərdə iştiraka dəvət edək”.

Fazil Mustafa ermənilərin Xankəndidə keçirdikləri aksiyalara da toxunub: “Təklif edirəm ki, biz ermənilərə adekvat cavab verək və Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə bunu dünyaya tirajlayaq. Ermənilər dünyada bunu qaldırırlarsa, biz də Naxçıvanın blokadada qalmasını dünyaya çatdıraq. Ermənilərə təbliğatda uduzmamalıyıq. Diplomatiyamızın da əlində vasitələr olar”./APA