Deputat Əziz Ələkbərli Saatlıda şəhidin anım mərasimində iştirak etdi – FOTOLARbackend
Noyabrın 9-da Milli Məclisin deputatı Əziz Ələkbərli Saatlı rayonunda Vətən Müharibəsi şəhidi İbrahimov Elmir Heydər oğlunun Anım mərasimində iştirak etmişdir.
“Yeni Gündəm” xəbər verir ki, mərasimdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidin ailə üzvləri ilə birlikdə şəhidin rayonun Məzrəli kənd qəbiristanlığındakı məzarını ziyarət etmiş, qəbirüstü abidəsi önünə gül dəstələri qoymuşlar. Mərasimdə Elmir İbrahimovun döyüş yoldaşları da iştirak etmişdir.