Deputat Əziz Ələkbərli seçiciləri ilə görüşlər barədə paylaşım edib – FOTOLARbackend

Deputat Əziz Ələkbərli seçiciləri ilə görüşlər barədə paylaşım edib.

Paylaşımda deyilir: Seçicilərim hər yerdə – tədbirdə, tədbirdən sonra, meydanda, küçədə, bağda mənə müraciət edib öz problemlərini deyə bilərlər və deyirlər.

Onları təmkinlə dinləmək, problemlərini müzakirə etmək, çıxış yolu tapmaq, kömək etmək mənim təkcə deputatlıq vəzifəm deyil, eyni zamanda vətəndaşlıq borcumdur.

Onlar adi vətəndaşlar deyil, qalib Vətənin qalib vətəndaşlarıdır və hər cür diqqət və qayğını haqq edirlər. Bircə şeyi haqq etmirlər – diqqətdən kənarda qalmağı.