Deputat “facebook”da ona şərh yazmayanları vicdansız adlandırdıbackend
“Facebook”da 5 min dostum var.  Əziz dostlarım! Mənim paylaşmalarıma kim münasibət bildirmək istəmirsə tərk etsin dostluğu. Bunu etməyən şəxsi vicdansız hesab edirəm”.
Bu sözləri deputat Etibar Əliyev sosial şəbəkədə yazıb.
O paylaşımlarına reaksiya verməyənlərə səslənib:
“Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin özüm dostluqdan çıxaracam”.