Deputat: Gələn ilin dövlət büdcəsinin 45%-i bu işlərə sərf olunacaqbackend

Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində Azərbaycan xalqının sosial problemləri ,sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarının ödənilməsi durur.Bununüçün Azərbaycan dövləti kifayət qədər addımlar atmaqdadır.Bu addımlar bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi,eyni zamanda həmdə əhaliyə sosial müdafiə xidmətlərinin yaxşılaşdırılması nöqteyi-nəzərdən bu istiqamətlərdə aparılmaqdadır.

Bu sözləriYeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputat Mahir Abbaszadə bildirib.

Millət vəkilinin sözlərinə görə,Azərbaycan dövləti əvvəlki illərdə olduğu kimi ,növbəti ildə də sosial müdafiənin gücləndirilməsi istiqamətində kifayət qədər işlər nəzərdə tutur.

“Prezident cənab İlham Əliyevin və Birinci vitse prezidenti Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə aparılan sosial islahatlar ,sosial müdafiənin təşkil edilməsi, əhalinin sosial müdafiəyəyə ehtiyacı olan təbəqələri istiqamətində 2022-ci ildədə kifayət qədər işlər aparılmaqdadır.Bir tərəfdən görür ki,dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə sosial paket lahiyəsi həyata keçirilirsə ,digər tərəfdən ƏƏSMN xətti ilə Dost Mərkəzlərinin açılması istiqamətində görülən işlər həmdə müdafiə xidmətlərinin yüksək səviyyədə keçirilməsinitəmin edir.Ölkəmizdə sosial müdafiə xidmətlərinin sosial siyasətin tərkib hissəsi olan xidmətlərin həyata keçirilməsi məqsədilə Dost Mərkəzləri açılmaqdadır.Onların yüksək səviyyədə informasiya texnologiyaları ilə təmin olunması,müasir standartlara cavab verən işçilərlə təmin edilməsi ,xidmətlərin yüksək səviyyədə aparılması və əlçatanlığın təmin edilməsi baxımından vacib bir məqamdır.Azərbaycan dövləti sosial dövlətdir.Sosialmüavinətlərin artırılması,şəhid ailələrinə və müharibə əlillərinə ,sosial müdafiəyə ehtiyacı olan insanların evlə təminatı həyata keçirilir.Həmdə başqa sektor isə ,sosial müdafiə xidmətlərinin yüksək səviyyədə,dünya standartlarına uyğun təmin edilməsidir.Azərbaycan dövləti əvvəlki illərdə olduğu kimi ,növbəti ildə də sosial müdafiənin gücləndirilməsiistiqamətində kifayət qədər işlər nəzərdə tutulur.Qeyd etmək lazımdır ki,2023-cü ilin dövlət büdcəsinin 45%-i sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarının ödənilməsi, pensiyaların verilməsi,və digər bu kimi addımların həyata keçirilməsi nə ayrılıb.Buda onu göstərir ki, Azərbaycan dövləti 2023-cü ildə xərcləyəcəyi hər 100 manatın 45 manatını sosial ehtiyaca sərf edəcək Bütün bunlar Azərbaycan dövlətinin apardığı sosial müdafiə tədbirləri istiqamətində apardığı növbəti addımdır.Hesab edirəm ki,DostMərkəzlərinin açılması, yüksək səviyyəli işləri həyata keçirə biləcək işlərin həyata keçirilməsi həm sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarını təmin edir,həmdə özünü sosial siyasətə tam uyğun olaraq göstərir.”