Deputat Goranboyda şəhid ailələri ilə görüşüb – FOTObackend

YAP-çı deputat Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb. Goranboy rayonu Düzqışlaq kənd şəhidi Qasımov Tural Yelmar oğlunun evində keçirilən görüşdə şəhid ailələri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə şəhid ailələrinin qayğılarını dinləyən Anar Məmmədov səsləndirilən məsələlərin həlli istiqamətində əməlli addımlar atıldığını diqqətə çatdırıb.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.

Onu da qeyd edək ki, şəhid atası Qasımov Yelmar bir müddət bundan öncə evinə işıq və qaz xəttinin çəkilişi ilə bağlı deputata müraciət etmiş, müraciət müsbət şəkildə öz həllini tapmışdır.