Deputat Goranboyda şəhid ailələri ilə görüşüb – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsi zamanı şəhid olan Qaradağlı kənd sakini Əliyev Yadigar Səfixan oğlunun evində şəhid ailələrinin üzvləri ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, Goranboy rayonunun Qaradağlı kəndində keçirilən görüşdə şəhid ailələrinin üzvləri və qohumları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqalları və ziyalıları, rayonun baş axundu iştirak edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olunub və ruhlarına dua oxunub.

Anar Məmmədov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Şəhidin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.