Deputat Goranboyda səyyar görüş keçiribbackend

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qazançı kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

“Yeni Gündəm xəbər verir ki, Anar Məmmədov əvvəlcə ölkədə və dünyada gedən proseslərdən, ölkə rəhbəri tərəfindən aparılan çox uğurlu daxili və xarici siyasətdən geniş söhbət açmışdır. O, öz çıxışında imzalanan sərəncam və fərmanların  əhəmiyyətindən, yeni istifadəyə verilən obyektlərin açılışlarından söhbət açmışdır.

Səmimi bir atmosferdə keçirilən görüşdə seçicilər kəndin içməli su problemi, qaz xəttinin çəkilişi, hüquqi yardım, sosial yönümlü məsələlərlə bağlı millət vəkili Anar Məmmədova müraciət ediblər.

Müraciətlərin həlli ilə bağlı qeydiyyatlar götürülmüş, aidiyyəti qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndəriləcəyi vurğulanmışdır.