Deputat Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak edib – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Zeynalov Elşən Zaman oğlunun anım mərasimində iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti və ağsaqqalları, şəhidin ailə üzvləri iştirak edib.

Şəhid Zeynalov Elşənin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi hörmətlə anılıb, ailənin qayğıları ilə maraqlanılıb.