Deputat: İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsində keçirilən tədbirlərdə iştirakı mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət edirbackend

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra 1993-cü ildən ölkəmizə rəhbərlik etmiş ulu öndərimiz Respublikamıza rəhbərlik etdiyi ilk gündən dövlətimizin xarici siyasətinin balanslaşdırılmış, çoxtərəfli və iki tərəfli əməkdaşlıq əsas prinsiplərdən olmuşdur. 2003-cü ildən ölkəmizin Prezidenti olmuş və Ulu Öndərimizin siyasətini yüksək səviyyədə davam etdirən möhtərəm cənab İlham Əliyev müasir dövrün çağırışlarına cavab verən diplomatiyası ilə beynəlxalq əməkdaşlıqda ölkəmizə misilsiz və çoxsaylı uğurlar qazandırmışdır.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Bunun nəticəsidir ki, bugün ölkəmiz dünyada əməkdaşlıqda ən etibarlı ölkə kimi tanınır. Məhz Azərbaycan dövlətinin uğurlu xarici siyasətinə və möhtərəm Prezidentimizə inam və etmadın nəticəsi kimi onun sözünə də imzası kimi etibar edirlər. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dünya ölkələri ilə fəal əməkdaşlığı ilbəil daha sürətlə inkişaf edərək, bir çox ölkələrlə, AB-nin 12 üzv ölkəsi ilə əlaqələri strateşi tərəfdaşlıq səviyyəsinə gəlib çatıbdır.

Ötən il ölkəmizin Aİ arasında enerji təchizatı sahəsində strateji əməkdaşlıq müqaviləsinin imzalanması diplomatiyamızın ən böyük uğurlarındandır. İstər Avroatlantik strukturlar, istərsə Asiya və islam ölkələri ilə və QH-na üzv ölkələrlə ikitərəfli və çoxtərəfli formatda böyük uğurlar qazanılmışdır. Ölkəmiz TDT-da Türkiyə ilə bərabər lokomotiv ölkə olmaqla bərabər, həm də Ərəb Liqası və ya Afrika qitəsi ilə də çox sıx əlaqəlarə malikdir. Bildiyimiz kimi keçən il Ərəb Liqasının Əlcəzairdə keçirilən sammitində iştirak etmək üçün möhtərəm Prezidentimiz dəvət olunmuşdur. Bu səfər çərçivəsində möhtərəm Prezidentimiz həm QH-nın sədri, həm də Dövlətimizin Başçısı kimi həm Ərəb Liqası ilə çoxtərəfli, həm də Əlcəzairlə ikitərəfli əməkdaşlığın daha da güclənməsi üçün görüşlər oldu və O bu sammitdə tarixi bir çıxış etdi. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək. Mətbuatdan da verildiyi kimi, BƏƏ-yə əfər çərçivəsində Prezidentimiz cənab İlham Əliyevin bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olmuşdur. Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıbdır. Hər iki Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş siyasi kursa uyğun olaraq, bu iki müsəlman ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulanıbdır. qeyd edilib. Bildiyimiz kimi keçən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı.

BMT TŞ-nın qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri bu cəhdin qarşısının alınmasında fəal iştirak etmişdi. BƏƏ-nin bu mövqeyi sözsüz ki, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. BƏƏ -nin bu mövqeyini əslində həqiqi mənada dost ölkənın mövqeyi adlandırmaq olar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BƏƏ-də keçirdiyi görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan etmişdi. Məlumdur ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanmış və ölkəmiz o vaxtdan bugünədək bu təşkilatda müşahidəçi statusunda təmsil olunur. Bildiyimiz kimi Azərbaycan, həm də dünyada getdikcə güclənən islamofobiya meyillərinə qəti şəkildə etiraz edir. 2008-ci ildə mötərəm Prezidentimizin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan vermişdir.

Bakı Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum bugün artıq müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınır. Ərəb Liqası bir təşkilat kimi həm də ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq ifadə edibdir. Bununla bərabər, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına və perspektivlərinə malikdir. Xüsudi qeyd edilməlidir ki, möhtərəm cənab İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyətə malikdir.

Belə ki, Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulmuşdur. Bu həftəlik çərçivəsində Əbu-Dabi Davamlılıq dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Maraqlı məqamlardan biri də Həftə çərçivəsində əsasən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) Assambleyası, Atlantik Şurasının Qlobal Enerji Forumu, “Zayed Dayanıqlılıq Mükafatı” mərasimi, Dayanıqlılıq naminə Gənclər Mərkəzi və digər tədbirlər də təşkil olunubdur.

Möhtərəm Prezidentimiz bu tədbirin açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasəti, xüsusilə yeni mərhələdə yaşıl, alternativ enerji siyasəti barədə ətraflı məlumat veribdir. Eyni zamanda Azərbaycanın ərəb dövlətləri ilə enerji sahəsinfə əməkdaşlığının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir və bu platformalar çərçivəsində öz maraqlarını ifadə edir, inkişafını dünyaya təqdim edir. Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması isə bir daha dövlətimizin başçısının və respublikamızın dünyada artan nüfuzundan xəbər verir. Bildiyimiz kimi bu tədbirin təşəbbüskarı Birləşmiş Ərəb Əmirlikləridir və bu, qlobal bir təşəbbüsdür, məqsədi isə dayanıqlı inkişaf prosesində beynəlxalq səylərin gücləndirilməsinə nail olmaqdır. Abu Dabidə keçirilən genişmiqyaslı bu tədbirdə çox önəmli məsələlər müzakirəyə çıxarılmışdır.Ərzaq və su təhlükəsizliyi, enerji əlçatanlığı, sənayenin dekarbonlaşdırılması, sağlamlıq, iqlimə uyğunlaşma prioritet məsələlərdir.

Qeyd etdiyim kimi tədbirdə möhtərəm Prezidentimiz çıxış etmişdir. Azərbaycanın enerji sahəsində bir çox dövlətlərlə çox sıx əməkdaşlığını vurğulayan möhtərəm cənab İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd etmişdi. Bildiyimiz kimi öz enerji təhlükəsizliyini təmin etmiş Azərbaycanda bu sahədə əməkdaşlıq üçün böyük perspektuvlər var. Xüsusilə də ölkəmizin bərpa olunan enerji sahəsində çox zəngin mənbələri var. Ölkəmiz hətta bir sıra Avropa dövlətləri ilə də bu sahədə anlaşma memorandumu imzalamışdı.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BƏƏ-nin “Masdar” şirkəti ilə birgə külək və günəş enerji stansiyalarının yaradılmasına dair də razılaşması hesab edirəm BƏƏ əməkdaşlığın uğurlu nəticələridir. Son olaraq, qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin BƏƏ-də keçirilən Əbu-Dabi Davamlılıq Həftəsində keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak etməsi ölkəmizin xarici siyasətinin daha da genişlənməsi və mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət edir.