Deputat: İlham Əliyevin Qoşulmama Hərakatında sədirliyi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla etibarlı dost və tərəfdaş olduğunu bir daha sübut etdibackend

Bildiyimiz kimi bugünlərdə ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar hadisə baş vermişdir.
Belə ki, bir neçə gündür ki, ölkəmizdə möhtərəm Prezidentimizin, QH-nın sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-ı gənclərinin konfransı keçirilmişdir.Prezidentimiz möhtərəm cənab İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik etməsi və onun rəhbərliyi ilə təşkilat çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın dünyanın 120 ölkə arasında nüfuzunu daha da artırdı.

“Yeni Gündəm” xəbər verir ki, bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Bugün ölkəmiz QH-ına üzv ölkələr tərəfindən ən yaxın dost və tərəfdaş kimi qəbul edilir. Bugün QH-na sədirlik edən möhtərəm Prezidentimiz bu təşkilatın hər bir üzvünün beynəlxalq aləmdə müdafiəçisidir. Dünya bunu koronavirus pandemiyası dövründə bir daha gördü. Möhtərəm Prezidentimizin QH-nın sədri kimi bir tərəfdən 80-dən çox ölkəyə humanitar yardım etmiş, digər tərəfdən pandemiya dönəmində vaksin millətçiliyinə qarşı mübarizə və eləcə də, pandemiya və postpandemiya dövründə qlobal təşəbbüslərin dəstəklənməsi və səylərin səfərbərlik olunması ilə bağlı BMT-nin rəhbərliyinə müraciət edərək BMT-nin növbədənkənar PA-nın keçirilməsinə və bu iclasda ciddi qərarların qəbul olunmasına nail oldu.

Möhtərəm Prezidentimizin şəxsi təşəbbüsü ilə QH-nın Parlament şəbəkəsi yarandı və məhz bu Şəbəkənin ilk iclası da bu yaxınlarda iyul ayının əvvəlində yüksək səviyyədə Bakıda keçirildi. Fəxrlə demək lazımdır ki, cənab Prezident bugün dünyada baş verən geosiyasi prosesləri, hətta uzaq vadidə uzaqgörənliklə ən gözəl təhlil edən, dəyərləndirən nadir diplomat, siyasətçi , dövlət adamlarından biridir. O bugün beynəlxalq aləmdə dünyanın ən güclü Liderlərindən biridir. Məhz onun uzaqgörənliyinin və təşəbbüsünün nəticəsidir ki, bugünkü dünyanın çağırışlarının əhəmiyyəti çox doğru qiymətləndirilmiş və QH-nın gənclərinin də institutsional şəkildə təşkilatlanmasını zəruri etmişdir. Bugünlərdə QH-nin üzv ölkələrinin gənclərinin Bakıda keçirilməsi də buna örnəkdir. Gənclərin dünyada və ayrılıqda ölkələrin ictimai-siyasi həyatda iştirakının artan roluna böyük önəm verən möhtərəm Prezidentimiz bu konfransa təbrik müraciəti göndərmişdi.

Bu müraciətdə bir daha gənclərin həm beynəlxalq aləmdə, həm dövlət idarəçiliyində, siyasətdə və kürəsəl təhlükələrə qarşı mübarizədə əvəzolunmaz rolu vurğulanmış və QH-ı gənclərinin gələcək fəaliyyətinin yol xəritəsi ifadə olunmuşdur. Son olaraq qeyd etməliyəm ki, möhtərəm Prezidentimizin QH-na sədrliyi dünyada beynəlxalq təşkilatlarda ədalətli yanaşmanın və idarəçiliyin nümunəsidir. Onun bu örnək fəaliyyəti bir tərəfdən qlobal sülhə, dostluğa və əməkdaşlığa töhfədirsə, digər tərəfdən ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandıraraq, dostlarının sayını ildən-ilə artırır deyə Məlahət İbrahimqızı bildirdi.