Deputat istefa verdibackend

İran parlamentinin Tehrandan olan deputatı İlyas Nadran mandatından imtinaya dair qanunverici orqanın Rəyasət Heyətinə ərizə təqdim edib.

Məlumatı “Tasnim” agentliyi yayıb.

İ.Nadran yanvarın 1-də parlamentin açıq keçirilən iclasında sədr Məhəmmədbaqer Qalibafa müraciət edərək ərizəsini oxumağı istəyib.

Deputat mandatdan imtinaya aydınlıq gətirəcəyini də bildirib./Report