Deputat kəndin suvarma su problemini həll etdibackend

“Son vaxtlar Kür və Araz çaylarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar bir sıra rayonlarımız kimi, Saatlıda da əkin sahələrinin suvarılma məsələsi ciddi problemə çevrilib”.

“Yeni Gündəm” in məlumatına görə, bunu Millət vəkili Əziz Ələkbərli deyib:

“Saatlılı vətəndaşlarımızdan bu məsələ ilə bağlı hər gün çoxlu zənglər alıram. Bu məsələni mən aprelin 9-da Milli Məclisin iclasında da qaldırmışdım.

Son günlər məsələ ilə bağlı müvafiq rayon və Respublika strukturları ilə də dəfələrlə əlaqə saxlamışam. Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Rafiq Aslanovla Saatlı rayonunun su problemini bir daha müzakirə etdik. Rafiq müəllim Saatlıdakı vəziyyətlə bağlı məlumatımı anlayışla qarşıladı, bu gün axşama Bəhramtəpədən Saatlı rayonuna 22-24 kub su daxil olacağını bildirdi və söz verdi ki, sonrakı günlərdə də bu məsələni diqqətdə saxlayacaq”.