Deputat: “Kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin”backend

“Avropaçılığı, ateistliyi, müsəlmanlığı, Amerikaçılığı, cəbhəçiliyi, Yapçılığı, Müsavatçılığı, regionçuluğu, bütöv və yarımçıq Azərbaycançılığı  əksər hallarda bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları. Daha bir bütünüz sındı. Bəxtiyar olun! Gənclərimiz, orta nəslin insanları,  sizlərə deyirəm, siyasi, ictimai, dini, ədəbi-bədii və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”, – F.Mustafa qeyd edib.