Deputat məcburi köçkünlərlə videoqəbul keçiribbackend

“Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Gəncədə yaşayan Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib”.

“Yeni Gündəm” xəbər verir ki, Cəbrayıl rayonunun Gəncədəki səlahiyyətli nümayəndəsi Qüdrət Məmmədov qısa məlumat verərək, Gəncədə Cəbrayıldan 32 ailənin məskunlaşdığını bildirib. Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən ev, iş və digər sosial məsələlərlə əlaqədar olub. Ceyhun Məmmədov hər bir müraciətin həlli üçün aidiyyəti qurumlara yönləndiriləcəyini bildirib.