Deputat Məşhur Məmmədovun EMBAWOOD şirkətində ÖZBAŞINALIQLAR- Vergi xidməti və digər orqanlar EMBAWOODU görmür ?backend

Deputat Nuy-Yorkda milyonluq villanı hansı pulla alıb ? 

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə xidməti  kabinetində həbs olunan Fərhad Əliyevin belə bir məşhur şüarı var idi:

Hamı yerli  mal alsın,
Xeyir vətənə qalsın.

Əlbəttə, hamımız  istərdik ki, hansısa brendimiz dünyada tanınsın, vətəndaşlarımız xarici mebel deyil, öz mebellərimizi alsın.
Bəli, Embavood  ölkəmizin ilk  milli  brendlərindən biridir.  Şirkət yumşaq mebel,  yataq dəsti, masa və stulların istehsalı və satışı  ilə məşğuldur.
1996-cı ildə qurulmuş Embawood şirkəti artıq öz sərhədlərini xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri  Elşad Abbasovdur.
Şirkət  1996-cı ildə  Masallıda mebel  istehsalını  qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə  regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə   Qazaxıstan mebel fabriki  açıb.
Bu gün  Embawood  şirkrəti  Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb.
Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Bu boyda  şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil.
Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin dalından nazir, komitə sədri, millət vəkili çıxır.
Bu şirkətin  ərsəyə gəlməsində sabiq nazir  Fərhad Əliyevin də  xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u   deputat Məşhur Məmmədovdur.
Təkcə bir faktı qeyd edək ki, cənab deputat Məşhur Məmmədov özünə  Nyu-Yorkda neçə milyonluq villa alması sıradan bir hadisə deyil.
Deputatın ilk  kapitalı çirkli yolla İrandan gəlib.
Təsəvvür edin ki, “Embawood”  şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçir.
Məşhur Məmmədov görəsən  bu milyonları haradan tapıb?
Məlumat üçün onu da qeyd edək ki, Məşhur Məmmədov sonuncu parlament seçkilərində Masallıdan  deputat seçilib.
Bəli, mebel satan və parlament…
Məlumat üçün  qeyd edək ki, Məşhur Məmmədov həm də  Azərbaycan Mebel İstehsalçıları Assosasiyasının sədridir. 1996-2011-ci illədə “Embawood” mebel şirkətinin təsisçisi və baş direktoru olub.

2011-2013 dövründə “Embawood”un Gürcüstan şirkətinin baş direktoru olub. 2013-2015 illərində “Embawood” şirkətinin təsisçisi və direktor müavini olub.
Neft-Kimya institutunu güc-bəla qurtaran  Məşhur Məmmədov görəsən hansı keyfiyyətlərinə görə, Masallı seçicilərinin səsini qazanıb ?
Görəsən, Məşhur Məmmədov xarici ölkələrə mebellərdən başqa  daha nə göndərir ?
Bu ciddi bir araşdırma tələb edir. Özü də təkcə jurnalist araşdırması yox…