Deputat Milli Məclisdə dərman qıtlığından danışdıbackend

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Milli Məclisin keçirilən plenar iclasında dərman preparatlarının çatışmazlığı problemi ilə bağlı çıxış edib.

“Yeni Gundem” xəbər verir ki, deputat “Hesab edirəm ki, qurumlar arasında davamlı  şəkildə  müzakirələrin aparılması və çevik qərarvermə mexanizminin  təşkili birmənalı şəkildə bu istiqamətdə yaranmış problemi həllinə töhfələrini verəcək.

Mövcud reallıqlar və ölkədə həyata keçirilən səhiyyə islahatları sözügedən mexanizmlərin təkmilləşdirilməsini diqtəedir.” bildirib